Hz. Süleymanın əmrindəki cinlər və heyvanlar

Əvvəlki fəsillərdə hz.Süleymanın ordusundakı quşların və qarışqa vadisində qarşılaşdığı qarışqa dəstəsinin cin ola biləcəklərinə qİsaca toxunmuş, bu canlıların çox şüurlu davranışına diqqət çəkmişdik. Xüsusilə qarışqa vadisindəki qarışqa dəstəsinin heç bir heyvanda görünməyən bir şüur işlədərək hz.Süleymanın ordusunu tanıyıb özlərini necə qorumaq lazım gəldiyi şüurunda olduğunu göstərmişdik.
Bu bölümdə də hz.Süleyman qissəsində adı çəkilən digər canlıların oxşar xüsusiyyətlərinə toxunacağıq.
(“Nəml” surəsi, 22-24).
* Ayələrdən də göründüyü kimi, Hüdhüd çox şüurla hərəkət edən bir varlıqdır. Səba ölkəsinə getmiş, orada ətraflı bir məlumat toplamış və geri qayıtdıqda öyrəndiyi hər şeyi tutarlı izahlarla hz.Süleymana çatdırmışdır:
* Hüdhüdün açıqlamasından sonra hz.Süleyman ona yeni bir iş tapşırmışdı. Bunların öhdəsindən hər quş gələ bilməzdi. Burada qarşımıza Hüdhüdün adi bir quş deyil, bir cin olma ehtimalı çıxır.
* İkinci ehtimal isə Hüdhüdün bir quş olması, ancaq cinlər tərəfindən idarə edilməsidir.
* Ayədə Hüdhüd üçün “qaçdı”, “getdi” kimi ifadələr əvəzinə “qeyb olanlardan” olduğu söylənilir. Burada qeyb olma kəlməsi ilə diqqət çəkilən məsələ cinlərin insanların özlərini görə biləcəkləri çərçivədən çıxıb özlərinə dönməsi və bir anlıq “görünməz” hala düşməsi ola bilər.
* Ayələrdə sözügedən atların da Hüdhüd kimi “toz pərdəsinin arxasına gizlənərək” gözdən itməsi diqqəti cəlb edir. Buradakı atların da cinlərdən olub insanların görməyəcəyi cin aləminə ani keçmələrinə işarə edilə bilər.
* Və ya bunlar həqiqətən at olub cinlər tərəfindən idarə oluna bilərlər. Ayədəki “...Onları mənə geri gətirin...” ifadəsi bu atların başqaları tərəfindən hz.Süleymana gətirildiyini açıqlayır ki, bunlar da cinlər ola bilər.
Yenə yuxarıdakı ayədə “ağac qurdu” olaraq keçən, ərəbcə qarşılığı isə “dəbbətul-ərzi” olan canlının da bir cin olma ehtimalı vardır (Ən doğrusunu Allah bilir).
* Hz.Süleymanın taxtının üstünə qoyulan cəsədin də bir cin olma ehtimalı var. Cəsəd taxtın üstünə qoyulmuş, sonra da bir anda cinlər aləminə geri aparılmış ola bilər. Ayədəki “...Sonra əvvəlki vəziyyətinə qayıtdı” ifadəsi də buna işarə ola bilər.
* Taxtın üstünə qoyulanın bir insan cəsədi olub cinlər tərəfindən bir anda geri aparılması da mümkündür. Həmçinin Süleyman qissəsində cinlərdən bir ifritin Səba məlikəsinin taxtını qİsa müddət ərzində bir yerdən başqa yerə apara biləcəyi də ifadə edilir.